Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Ölkə Prezidenti Cənab İlham Əliyevin BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda videoformatda çıxışı

0

  • Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda videoformatda çıxış edib. Azərbaycan Respublikası 120 ölkənin yekdil qərarı ilə 2016-cı ildə Qoşulmama Hərəkatının sədri seçilmişdir. 2019-cu ilin oktyabrında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində Bakıda keçirilmiş 18-ci Zirvə toplantısında Azərbaycan sədrliyi öz üzərinə götürmüşdür. Ölkə prezidenti öz çıxışında bildirmişdir ki, BMT, onun nizamnaməsi və beynəlxalq hüquq dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanılmasında və beynəlxalq əməkdaşlığın gücləndirilməsində mühüm və əvəzolunmaz alətlərdir. Məhdudiyyətlərinə baxmayaraq, BMT hazırda bütün ölkələrin qarşılaşdığı qlobal məsələ və çağırışların müzakirəsi üçün çoxtərəfli mərkəzi forum olmaqda davam edir. İnsan hüquqlarının pozulması, maliyyə böhranları və ekologiyanın pisləşməsi ilə müşahidə olunan silahlı münaqişələr, təcavüzkar ekspansionist siyasətlər, terrorçuluq, separatizm, beynəlxalq mütəşəkkil cinayətkarlıq və ekstremizm dünyada milyonlarla insana mənfi təsir etməkdə davam edir. Həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət nəzarət altındadır. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırmışdır. Biz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində könüllü maliyyə töhfələri etmişik. COVID pandemiyası ərzində Azərbaycan 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib. Ölkə prezidenti çıxışında Ermənistan tərəfindən Dağlıq Qarabağ və ətraf yeddi rayonun işğal edilməsini diqqətə çatdırmışdır. Bildirmişdir ki, Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından qeyri-şərtsiz çıxması ilə bağlı BMT-in dörd qətnaməsini icra etməmişdir. Dağlıq Qarabağla bağlı Ermənistanın irəli sürdüyü yeddi şərt bizim tərəfimizdən rədd edilmişdir. Dağlıq Qarabağ münaqişəsi ancaq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Ermənistan tərəfi atəşkəs rejimini tez-tez pozaraq mülki əhalini atəşə tutur, gərginliyi daha da artırır. Təmas xəttinə əlavə ordu və texnika cəmləyir. Azərbaycanın işğal edilmiş torpaqlarında qanunsuz məskunlaşdırma həyata keçirir. Biz inanırıq ki, Ermənistanın qanunsuz əməllərinə görə dünya dövlətləri tərəfindən lazımi cavab veriləcək, işğal altında olan torpaqlarımız azad ediləcək, öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımız öz torpaqlarına qayıdacaqlar.Rafiq Quliyev,Xocalı rayon Kosalar kənd tam orta məktəbin direktoru
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi4 il öncə
    İzlənib68 dəfə
    Ölkə Prezidenti Cənab İlham Əliyevin BMT nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda videoformatda çıxışı

    Maraqlı gələ bilər
    0
    48
    0
    47
    47